Strasburqda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilmişdir

İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının ikinci iş günündə qurumun sədri Mövlud Çavuşoğlunun təşəbbüsü ilə Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşü keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görüşlə bağlı müsahibəsində demişdir: "Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Görüşdə Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirərək, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bir daha göstərdi. Amma erməni tərəfi buna hazır olmadığını nümayiş etdirdi.
Buna baxmayaraq, görüşlərin davam etdirilməsi barədə razılıq əldə edildi. Bizim üçün bu vacibdir və əhəmiyyətlidir. Ona görə ki, hər sessiya zamanı belə bir görüşün keçirilməsi o deməkdir ki, bu format mövcuddur.
Erməni tərəfi bu formatda görüşün baş tutmamasına nə qədər səy göstərdisə də, məqsədinə nail ola bilmədi. Azərbaycan tərəfi daim belə görüşlərə çalışacaq və erməni tərəfini bu görüşlərə dəvət edəcəkdir.
Bildiyiniz kimi, noyabrda ölkəmizdə parlament seçkiləri keçiriləcəkdir. Ona görə də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın oktyabrda keçiriləcək payız sessiyasında iştirakı bir qədər çətindir. Çünki deputatların əksəriyyəti seçki kampaniyasında iştirak edəcəkdir.
Sonda bir məsələni qeyd edim ki, belə görüşlərin təşkili və davam etdirilməsi AŞPA sədri, habelə Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən dəstəklənmişdir".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında