Riçard MORNİNQSTAR: "ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələr güclü, eyni zamanda, çoxşaxəlidir"

ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən regional sabitlik, demokratiya, insan haqları, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi üzrə əməkdaşlıq genişlənir. Hesab edirəm ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr güclü, eyni zamanda, çoxşaxəlidir.
AzərTAc xəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Şəkiyə səfərinin yekunları ilə bağlı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən "dəyirmi masa"da amerikalı diplomat bildirmişdir.
Səfərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən səfir daha sonra demişdir: "Şəki xanları sarayının divarları və tavanında olan naxışlar sarayın inşa edildiyi dövrü, eyni zamanda, elə indiki vaxtda olan gözəllikləri özündə ehtiva edir. Biz Kiş kəndində qədim alban məbədini də ziyarət etdik. Həm məbədin özü, həm də onun bağ-bağçası bizdə xoş təəssürat yaratdı. Yəni bu səfərin yaddaqalan bir sıra tərəfləri vardır. İnsanlarla, gənc oğlan və qızlarla təmaslarımız, eyni zamanda, xalq sənətinin daşıyıcıları olan sənətkarlarla, halvaçı və digər peşə sahibləri ilə görüşlərimizin hamısı yaddaşımızda dərin iz buraxdı. Oğuzda keçirdiyimiz görüşlər də çox maraqlı oldu. Olimpiya idman kompleksində softbol üzrə turnirdə iştirak etdik, rayon rəhbərliyi ilə görüşdük. Bir daha qeyd etmək istəyirəm ki, mən bu xatirələri heç zaman unutmayacağam".
Sonra səfir Riçard Morninqstar bölgə jurnalistlərinin suallarını cavablandırmışdır. ABŞ-ın ölkəmizdəki səfiri AzərTAc-ın müxbirinin İkinci Bakı Beynəlxalq Humanitar Forumunun yekunları ilə bağlı sualına cavabında demişdir: "Mən cümə axşamı həmin Beynəlxalq Humanitar Forumda iştirak etmişəm. Fikrimcə, Forum çox böyük əhəmiyyət daşıyır. Bu Forum Azərbaycanın dünya səviyyəsində artmaqda olan əhəmiyyətini əks etdirir. Eyni zamanda, Forum demokratiya, insan hüquqları, humanitar fəaliyyətlərin həm Azərbaycanda, həm də dünya səviyyəsində əhəmiyyətini əks etdirmişdir. Hesab edirəm ki, bu Forum Azərbaycan hökuməti üçün çox vacibdir. Bildiyimiz kimi, Forumda Prezident İlham Əliyev geniş nitq söyləmişdir. Hesab edirəm ki, demokratiyanın daha da inkişafı, insan hüquqları və digər dəyərlərin vurğulanması və diqqətdə saxlanması, eyni zamanda, malik olduğu çox böyük və zəngin iqtisadi resurslarla bir yerdə Azərbaycan həm bölgədə, həm də regiondan kənarda bu sahədə də ölkələr arasında aparıcı bir dövlətə çevrilə bilər. Foruma qatılan bir sıra sabiq prezidentlər və baş nazirlər bu beynəlxalq tədbirdən çox böyük və zəngin təəssürat almışlar. Mən bundan çox məmnunam".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında