Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşmüşdür

Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri İsmail Alper Coşkun ilə görüşmüşdür.
Ali Məclisin sədri səfiri salamlamış, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir: "Azərbaycan-Türkiyə dostluq və qardaşlığı böyük inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qardaş ölkələrimiz arasındakı tarixi zəminə əsaslanan yüksək münasibətlər istər regional, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərir, mühüm əhəmiyyətə malik olan iqtisadi layihələr reallaşdırılır".
Ali Məclisin sədri İsmail Alper Coşkunun Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini bildirmiş, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlıq edən İsmail Alper Coşkun qardaş Azərbaycanda özünü Türkiyədəki kimi hiss etdiyini bildirmişdir. Səfir demişdir ki, Türkiyə ilə Azərbaycan arasında olan qarşılıqlı inam və etibar, strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi böyük məmnunluq doğurur.
Bu əlaqələrdə Naxçıvan Muxtar Respublikasının əhəmiyyətli yerini qeyd edən qonaq Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Cenk Ünal görüşdə iştirak etmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında