Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoq mövcuddur

Oktyabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov ilə görüşmüşdür. 
Bakı Beynəlxalq Humanitar Forumunu mühüm hadisə kimi dəyərləndirən Azərbaycanın birinci xanımı tədbirdə müzakirə olunan məsələlərin, qəbul edilən qərarların reallaşacağına ümidvar olduğunu dedi.
Mehriban xanım Əliyeva müasir dövrdə humanitar sahədə əməkdaşlığın rolunu vurğuladı.
Foruma dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Georgi Pırvanov Azərbaycan ilə Bolqarıstan arasında hər zaman səmərəli dialoqun olduğunu qeyd etdi. Bolqarıstanın sabiq Prezidenti gələcəkdə də bu dialoqun davam edəcəyinə ümidvar olduğunu bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında