Novruz MƏMMƏDOV:Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin, Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərlərinin qətiyyətli mövqeyini gözləyirik

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin, ATƏT-in Minsk qrupunun (MQ) həmsədr dövlətlərinin rəhbərlərinin, xarici işlər nazirlərinin bir qədər qətiyyətli mövqeyini gözləyir ki, bu prosesə münasibət bildirib danışıqlara təkan vermək üçün lazımi addımlar atsınlar. Bunu çərşənbə günü Trend-ə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir.
Administrasiya rəsmisi bildirmişdir ki, hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların tamamilə dayandığını demək düzgün deyildir:"O demək deyil ki, elə hər ay həmsədrlər, xarici işlər nazirləri və prezidentlərin görüşü olmalıdır. Yaxın dövrdə Azərbaycanın xarici işlər nazirinin Fransanın xarici işlər naziri ilə, bundan bir qədər əvvəl həmsədrlərlə, Prezident İlham Əliyevin Avropa İttifaqının bu məsələ ilə bağlı nümayəndəsi ilə və digər görüşlər keçirilib və keçirilir. Sadəcə olaraq, onu demək lazımdır ki, Ermənistan tərəfi müəyyən zamanlarda bəhanələr axtararaq danışıqlar prosesinin uzadılmasını, passiv formada davam etdirilməsini istəyir. Belə başa düşülür ki, onların maraqlarına bu gün uyğun gələn budur".
Novruz Məmmədov Ermənistan hakimiyyətinin bu mövqeyinin səbəbini belə izah edib ki, onlar bu yolla özlərinin hakimiyyətdə qalmaq müddətini uzatmaq istəyirlər:"Amma bir məsələ aydındır - həm Ermənistan rəhbərliyi, həm də Ermənistan xalqı başa düşməlidir ki, münaqişə gec və ya tez ədalətli şəkildə həll olunmalıdır. Bunun başqa variantı yoxdur. Yəni Azərbaycan torpaqları Azərbaycana qaytarılmalıdır və bunu da biz mütləq təmin edəcəyik. Başqa cür ola bilməz".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında