Azərbaycan ilə Uruqvay arasında gömrük sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının Milli Gömrük İdarəsinin baş direktoru Enrique Pedragosanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) olmuşdur.
AzərTAc xəbər verir ki, DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yolu, ölkədə sürətli iqtisadi inkişaf haqqında qonaqlara məlumat vermişdir.
Komitə sədri bildirmişdir ki, Azərbaycan tərəfinin dəvəti ilə reallaşmış səfərin məqsədi ölkəmizdə gömrük xidmətinin fəaliyyəti ilə qonaqları yaxından tanış etmək, gələcəkdə bu sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Eyni zamanda, Azərbaycanda gömrük xidmətinin modernləşdirilməsi istiqamətində Uruqvayın təklifləri və təcrübəsi öyrəniləcəkdir.
Komitə sədri bildirmişdir ki, Azərbaycan ilə Uruqvay arasında gömrük sahəsində hüquqpozmalara qarşı hökumətlərarası birgə mübarizə ilə bağlı sazişin hazırlanması nəzərdə tutulmuşdur. Bununla bağlı layihə artıq hazırdır. Gələcəkdə bu sazişin imzalanması planlaşdırılır.
Enrique Pedragosa bu səfərin iki ölkə arasında gömrük əməkdaşlığının yaradılması və genişləndirilməsinə təkan verəcəyini demişdir. "Azərbaycan ilə Uruqvay arasında yaxşı iqtisadi münasibətlər də mövcuddur və şirkətlərimizin Azərbaycana çox böyük marağı vardır", - deyə uruqvaylı qonaq qeyd etmişdir.
Səfər oktyabrın 5-dək davam edəcəkdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında