Jan-Klod Minyon: "AŞPA Ramil Səfərovla bağlı məsələyə dair heç bir sənəd qəbul etməyəcəkdir"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ramil Səfərovla bağlı məsələyə dair heç bir sənəd qəbul etməyəcəkdir. Bu fikri AŞPA-nın sədri Jan-Klod Minyon ənənəvi olaraq sessiyanın başlanmasından əvvəl keçirdiyi mətbuat konfransında söyləmişdir. 
Jan-Klod Minyon Assambleyanın oktyabrın 4-də keçiriləcək yığıncağında Ramil Səfərovla bağlı məsələnin müzakirə ediləcəyini bildirmişdir. AŞPA sədri demişdir: "Mən şəxsən Avropa Şurasının üzvləri olan Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə bağlı əlavə polemikaların yaranmasına qarşıyam. Ümumilikdə, bu münaqişə çox mürəkkəbdir və biz də parlament demokratiyası çərçivəsində, eləcə də Avropa Şurası olaraq həmin məsələdə kömək üçün əlimizdən gələni etməyə hazırıq. O ki qaldı Ramil Səfərov məsələsinə, mən bununla bağlı artıq bəyanat vermişəm. Bu məsələ sessiyanın dördüncü iş günündə sadəcə cari məsələ kimi müzakirə ediləcəkdir. Müzakirə zamanı nə qətnamə, nə də ki tövsiyə xarakterli hər hansı bir sənədin qəbul edilməsindən söhbət gedə bilməz.
Ötən sessiyamızda mən hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdüm və onları sağlam mühitdə əməkdaşlıq etməyə çağırdım. Əminəm ki, Avropa Şurası ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacaqdır. Biz parlament demokratiyası çərçivəsində hər iki ölkə arasında sağlam mühitin yaradılması istiqamətində yalnız dialoqa üstünlük verməliyik.
Dağlıq Qarabağ münaqişəsinin həllində isə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyirik".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında