Əhməd DAVUDOĞLU: "Suriya dövlətinə müdaxilə edə bilməməyimiz despotların əlində alətə çevrilir"

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında BMT-ni kəskin tənqid edib. O bildirib ki, Suriya məsələsində BMT-nin təsirli ola bilməməsi cinayətkarların əlində silaha çevrilir və buna görə dünya ictimaiyyətinin vicdanını sızladan hadisələrin şahidi oluruq.
Əhməd Davudoğlu deyib: " Suriyaya müdaxilə edilməməsi dağıdıcı rejimlərin dinc sakinlərə qəsb etməsi ilə nəticələnir. Bu sivil dünya icitmaiyyətini və Birləşmiş Millətlər Təşkilatını ələ salmaqdır. Daha da dözülməz odur ki, despot rejimlər şər ittifaqı quraraq bəşəriyyətə qarşı cinayətlər törədirlər. Gəlin səhvə yol verməyək. Suriya məsələsinə etinasız yanaşmaq zalıma rəhm etmək, məzluma zülm etmək deməkdir. Hər şeydən əvvəl Suriya xalqının təhlükəsizliyi təmin edilməlidir. Bunun bir həlli yolu olmalıdır".
Digər tərəfdən Əhməd Davudoğlu Kipr məsələsinə də toxunaraq deyib: "Beynəlxalq cəmiyyət həmçinin, Kiprdə baş verənlərə laqeyd yanaşmamalıdır. Problemin həll edilmədən qalması regionun təhlükəsizliyini riskə atır. Yunan Kiprinin təbii qaz və nefti təkbaşına istismar etməsi bu riski daha da artırır. BMT bu şərtlər altında məsələ ilə bağlı daha nələrsə etməli, xüsusilə də, Təhlükəsizlik Şurası status- kvonu dəyişmək üçün məsələnin həllini yüngülləşdirməlidir".

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında