İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana təcavüzünü növbəti dəfə pisləmişdir

"Münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tezliklə həll olunmalıdır"
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun kommünike qəbul edilib. APA-nın xəbərinə görə, sənəddə Ermənistanın Azərbaycana təcavüzü pislənib və Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. Qeyd edilib ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tezliklə həll olunmalıdır.
Sənəddə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulması və mədəni irsin kifayət qədər qorunmamasından ciddi narahatlıq bildirilib. İƏT ölkələri Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq humanitar hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında