Rusiya Qəbələ RLS-in icarə müddətini üç il artırmağı təklif edir

Rusiya Qəbələ radiolokasiya stansiyasının icarə müddətini üç il artırmağı təklif edir. APA-nın "RİA Novosti" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə danışıqlar prosesində iştirak edən mənbə bildirib. 
Onun sözlərinə görə, hazırda danışıqlarda qüvvədə olan müqavilənin müddətinin 2-3 il artırılması, o cümlədən bununla bağlı maliyyə məsələləri müzakirə olunur: "Bu müddət ərzində Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə bağlı fikir ayrılıqlarının aradan qalxacağına, həmçinin uzunmüddətli sazişlə bağlı kompromisə gələcəyimizi güman edirik".
Xatırladaq ki, Qəbələ RLS-in icarəyə verilməsinə dair Rusiya ilə imzalanmış on illik müqavilənin müddəti dekabrın 24-də başa çatır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında