AŞPA-nın yay sessiyası öz işinə başlamışdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlamışdır.
Sessiyanın açılışından əvvəl qurumun bürosunun və siyasi qruplarının yığıncağı keçirilmişdir. Qrup yığıncaqlarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişlər.
Sessiya AŞPA-nın sədri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi qurumun sessiyalararası fəaliyyəti barədə hesabatı ilə açılmışdır.
Sonra gündəlik müzakirə edilmişdir. Deputatlar Almaniya və Maltadan Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Avropada rumınların vəziyyəti, qeyri-leqal vəziyyətdə yaşayan miqrantların öz vətənlərinə yola salınması mexanizmi, iqtisadi böhranın siyasi nəticələri, Avropada demokratiyanın vəziyyəti, Azərbaycanda demokratik təsisatların fəaliyyəti, qadınlar üçün təqaüdün müəyyən edilməsi, planetimizin gələcəyi və s. məsələlər ətrafında fikir mübadiləsi aparmağı qərara almışlar.
Sessiya çərçivəsində Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski rəhbərlik etdiyi qurumun hesabatını deputatlara təqdim edəcək, Xorvatiyanın Prezidenti İvo İosipoviç, Makedoniyanın Prezidenti Gyorge İvanov, Çernoqoriyanın Baş naziri Milo Djukanoviç, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi X.Sampayo və tanınmış sosioloq Alən Turen çıxış edəcək və deputatların onlara ünvanlamış suallarını cavablandıracaqlar.
Sessiyanın ilk günündə Xorvatiyanın Prezidenti İvo İosipoviç müstəqillik əldə etdikdən sonra ölkəsində baş vermiş mühüm dəyişikliklərdən söhbət açmışdır.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında