Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat yaymışdır

Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı bəyanat yaymışdır. 
S.Dəmirəlin bəyanatında Nizami Gəncəvinin bəşəriyyət tarixində xüsusi yeri olan dahi şair, mütəfəkkir və alim olduğu vurğulanır. Bildirilir ki, gələcək nəsillərə zəngin mənəvi miras qoyan şairin fəlsəfi düşüncələri, ibrət dolu nəsihətləri bu gün də yaşayır. Nizami sülhü, sevgini, xeyirxahlıq və qardaşlığı təbliğ etmişdir. Onun yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada böyük maraqla öyrənilir. Nizami Gəncəvi, eyni zamanda, türk dünyasının mədəniyyətinin təşəkkül tapmasında misilsiz xidməti olan böyük şəxsiyyətdir.
Türkiyənin sabiq Prezidenti dahi Nizaminin adını yüksəklərdə tutan Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə etmiş, onun xatirəsinin hər zaman milyonların qəlbində yaşayacağını bildirmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında