"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" müzakirə edilmişdir

Sentyabrın 27-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında dövlət başçısının 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" müzakirə edilmişdir.
Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı müvəkkilin vəzifələri barədə məlumat vermiş, bütün dünyada olduğu kimi respublikamızda da informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. Ombudsman ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq kütləvi informasiya vasitələrinin təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, dövlət qurumlarının mətbuat rəhbərləri ilə məsləhətləşmələr keçirdiyini qeyd etmişdir.
Ombudsman, həmçinin Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda informasiya azadlığının təmini məsələləri barədə məlumat vermişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, Milli Fəaliyyət planı cəmiyyətin dövlət idarəçiliyi sistemində, dövlət orqanlarının fəaliyyətində iştirakı, ona nəzarət etməsi məqsədini həyata keçirmək üçün olduqca səmərəli mexanizmdir. Burada əsas diqqət dövlət orqanları ilə media arasında təmaslara yönəlməlidir. Çünki məhz medianın əsas fəaliyyət istiqamətlərindən biri dövlət orqanlarının fəaliyyəti haqqında cəmiyyəti operativ, dolğun və obyektiv məlumatlandırmaqdır.
V.Əliyev bildirmişdir ki, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət orqanlarının, təşkilat və müəssisələrin, bələdiyyələrin öz fəaliyyətləri haqqında cəmiyyəti məlumatlandırılmasının təkmil formada hüquqi əsaslarını yaratdı. Qanunun icrası nəticəsində mətbuat xidmətlərinin fəaliyyətində ciddi irəliləyişlər əldə olunmuş, dövlət orqanlarının internet informasiya resursları formalaşdırılmış və ardıcıl şəkildə təkmilləşdirilmiş, mətbuat xidmətlərinin peşəkarlığı yüksəlmişdir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır ki, müvafiq qanuna və Milli Fəaliyyət Planına uyğun olaraq dövlət qurumlarında informasiya azadlığı üzrə məsul struktur bölmələr və ya şəxslər müəyyən edilməli, informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları qəbul olunmalı, elektron informasiya dövriyyəsinin təmin edilməsi məqsədi ilə vahid sistem yaradılmalı, mövcud strukturda bütün açıq informasiyalar vahid məkanda toplanmalı və ya sənədlərin reyestri yaradılmalıdır. Yəni, sorğu daxil olduqda informasiyanın verilməsinə məsul şəxs ayrı-ayrı strukturlara müraciət etməməlidir və sorğunun qanunla müəyyən edilmiş qaydada operativ və ya müəyyən müddətə cavablandırmalıdır. Məhz belə olduqda cəmiyyətin media vasitəsilə operativ məlumatlandırılması tələbi tam yerinə yetirilə bilər.
Dövlət qurumlarının və qeyri hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında