Almaniya Bundestaqının üzvü Piter Qauveyler: Ermənistan mövcud münaqişəni daha da alovlandırmağa çalışır

"Ermənistan rəsmiləri iddia edirlər ki, guya, Macarıstan hökumətinin Ramil Səfərovun ekstradisiyası çərçivəsində atdığı addımlar Cənubi Qafqaz regionundakı hazırkı vəziyyətə mənfi təsir edir və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını təhlükədə qoyur. Qeyd edim ki, Ermənistan rəsmilərinin bu istiqamətdə səsləndirdikləri bütün bəyanatlar əsassızdır və qəbuledilməzdir".
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu fikirləri Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin üzvü, millət vəkili Piter Qauveyler deyib. O bildirib ki, ermənilər məsələni beynəlxalq səviyyədə bu cür qabartmaqla sülh danışıqlarını, münaqişənin diplomatik yollarla həlli prosesini ləngidirlər.
Alman parlamentar daha sonra deyib: "Ümumiyyətlə, bizim dostumuz və tərəfdaşımız Macarıstana qarşı yönəldilmiş bu kimi şişirdilmiş bəyanatlar səsləndirməklə yanaşı ermənilər bir sıra digər hərəkətləri ilə də beynəlxalq hüquq normalarını pozublar. Məsəlsən, ermənilərin beynəlxalq səviyyədə tanınmayan qondarma Dağlıq Qarabağ respublikasında birtərəfli qaydada qeyri-qanuni prezident seçkiləri keçirməsi bunu sübut edir. Ermənilərin bu addımı həmçinin bölgədə o qədər möhkəm olmayan atəşkəs rejiminin pozulması üçün şərait yaradır.
2010-cu ilin avqustunda Ermənistanla Rusiya arasında birgə hərbi əməkdaşlıqla bağlı imzalanmış saziş və Rusiyanın bu ölkədə hərbi bazalarının olması faktı Ermənistanın hərbi potensialını göstərir. Bütün bunları nəzərə almaqla deyə bilərik ki, Ermənistan mövcud münaqişəni daha da alovlandırmağa çalışır. Bu ölkənin heç də sülhün tərəfdarı olmadığından şübhələnmək lazımdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında