Sloveniyanın sabiq xarici işlər naziri: Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət etməlidir

"Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanla birgə səy göstərməlidir. Avropa Parlamenti və beynəlxalq hüquq münaqişə ilə bağlı Azərbaycanın tərəfindədir və onun mövqeyini dəstəkləyir".
APA -nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Sloveniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin üzvü İvo Vayql bildirib.
"Biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatların ünvanına tənqidlərə qoşuluruq. Fikrimizcə, ATƏT-in Minsk qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir. Azərbaycan bu məsələdə Avropa Parlamentindən daha çox səylər gözləyir", - deyə İ. Vayql əlavə edib. Onun sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət etməli və ölkənin suverenliyi bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında