Roland KOBİA: Azərbaycan hökuməti azad KİV üçün çox işlər görüb

Avropa İttifaqı üçün KİV azadlığı əsas dəyərlərdən biridir və Qərb təkcə başqa ölkələrdə deyil, Avropada da KİV-in bütün məhdudiyyətlərini pisləyir. "Trend"in məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan üzrə missiyasının rəhbəri Roland Kobia Bakıda keçirilən "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" adlı beynəlxalq konfransda bildirib.
Kobianın sözlərinə görə, o, bu istiqamətdə Azərbaycan hökumətinin atdığı bir çox müsbət addımların şahidi olub.
Səfir qeyd edib ki, Azərbaycan noyabrda elektron hökumət üzrə mühüm və nüfuzlu foruma ev sahibliyi edəcək. Onun sözlərinə görə, Avropa Komissiyasının rəqəmsal məsələlər üzrə vitse-prezidenti xanım Neli Kresin də həmin forumda iştirakı planlaşdırılır.
"Bu tədbir ölkənin mühüm məsələlərin müzakirəsinə hazırlığını sübut edir. Bu forum Azərbaycan üçün ölkənin inkişafını və real ambisiyaları nümayiş etdirmək imkanı verəcək", - Kobia deyib.
O əlavə edib ki, bu, Azərbaycan üçün, habelə buna layiq olan sahələrdə həllərin tapılması üçün gözəl imkan olacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında