Qrant Baqratyan: Biz MDB-də ən pis göstəricilərə malik ölkəyik

Almaniyanın "Tagesspiegel" qəzeti "İnopressa.ru" saytına istinadən Ermənistandakı mövcud durum barədə məqalə dərc edib. Məqalədə deyilir: "Ermənistanda hesab edirlər ki, Rusiyanın hərbi-siyasi və iqtisadi dəstəyinə baxmayaraq, ölkə öz müstəqilliyi ərzində heç bir sahədə nailiyyət qazana bilməyib. 
Keçmiş baş nazir, deputat Qrant Baqratyanın fikrincə, Ermənistan 21 illik müstəqilliyi ərzində bütün göstəricilər üzrə geriyə gedib: "İndi bizdə oliqarxiya üzərində qurulmuş iqtisadiyyat var, biz MDB-də ən pis göstəricilərə malik ölkəyik. İqtisadiyyatın cəmi 37 faizi xalqa, qalan 63 faizi hakim ailələrə məxsusdur. İndi Ermənistanı nəinki regionun digər ölkələri, o cümlədən Azərbaycanla müqayisə etmək mümkün deyil, üstəlik Afrika ölkələrindən də geri qalırıq".
Q.Baqratyana görə, hazırda Ermənistandan miqrasiya Qarabağda müharibənin getdiyi illərə nisbətən 2-3 dəfə artıqdır. Sabiq baş nazir 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ döyüşlərindən danışarkən deyir: "Unutmamalıyıq ki, biz döyüşü udduq, müharibəni yox. Mənim proqnozlarıma görə, bizim Azərbaycanla mübahisəmiz hələ uzun müddət davam edəcək və Qarabağ məsələsi yaxın perspektivdə həll olunmayacaq. Hesab etmirəm ki, yaxın gələcəkdə problemi bu və ya digər tərəfə tərpətmək mümkün olsun, ona görə də bizi yeni müharibə gözləyir. Azərbaycan bu müharibəyə ciddi hazırlaşır, 40 milyard dollarlıq silah alıb və fürsət tapan kimi müharibəyə başlayacaq."

{nl}

Anar TURAN, " Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında