Ter-Petrosyan: Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir

APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan deyib. 
Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı açıqlama verən müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı aradan qaldırmalıdır: "Burada tapmaca tapmağa ehtiyac yoxdur.
Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaq".
İndiki prezident Serj Sarkisyanı tənqid edən L. Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradə lazım olduğunu söyləyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında