"Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı həlli AŞPA-nın 1416 nömrəli qətnaməsinin yerinə yetirilməsi olardı"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən yaxşı həlli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1416 nömrəli qətnaməsinin yerinə yetirilməsi olardı.
Bu fikri AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay sessiyası başlamazdan əvvəl jurnalistlərlə keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirmişdir.
Noyabrda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı jurnalistlərin suallarını cavablandıran M.Çavuşoğlu AŞPA-nın seçkiləri müşahidə etmək üçün missiya göndərmək barədəki qərarının büro iclasında təsdiq edildiyini bildirmişdir. Sədr parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan hökumətindən dəvət məktubu aldıqlarını xatırlatmış və büronun bu məqsədlə ölkəmizə 30 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsini qərara aldığını diqqətə çatdırmışdır. O, seçkilərlə bağlı alt komissiyanın və 5 nəfərdən ibarət seçkiöncəsi müşahidə missiyasının təşkil ediləcəyini bildirmişdir.
Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rol barədə jurnalistlərin sualına cavabında AŞPA sədri M.Çavuşoğlu münaqişənin nizamlanması istiqamətində AŞPA-nın 1416 nömrəli qətnaməsinin yerinə yetirilməsinin xüsusi əhəmiyyətini diqqətə çatdırmış, onun yerinə yetirilməsinin regionda, eləcə də Azərbaycan ilə Ermənistan arasında sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracağını qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətindən bəhs edən AŞPA sədri komitənin fəaliyyətinin bərpa edilməsinin aktual mövzu olaraq qaldığını vurğulamış, sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin başçıları və hər nümayəndə heyətindən bir deputatın iştirakı ilə görüş keçirəcəyini bildirmiş, bu görüş barədə iyunun 25-də keçiriləcək büro iclasına hesabat təqdim edəcəyini qeyd etmişdir.
Sonda M.Çavuşoğlu hər iki ölkənin nümayəndə heyətləri ilə görüşləri mütəmadi davam etdirəcəyini bildirmişdir.{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında