Türkmənistan XİN: Türkmənistan-Azərbaycan münasibətlərinə dair Rusiya mətbuatında səslənən fikirlər həqiqətə uyğun deyil

Türkmənistan Xarici İşlər Nazirliyi Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində Türkmənistan-Azərbaycan münasibətlərinin neqativ işıqlandırılmasını şərh edib.
Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, şərhdə bildirilir ki, son vaxtlar Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində Xəzərdə böhran vəziyyətinin yaranması ehtimalına dair hipertrofik təsəvvürlərin əks olunduğu məlumatlar yer alıb.
"Xüsusilə, "Reqnum" agentliyi Qazaxıstanın Aktau şəhərində keçirilmiş "Xəzərdə beynəlxalq əməkdaşlığın paradiqması: energetika, ekologiya, modernləşmə, təhlükəsizlik" mövzusunda konfransda Türkmənistan-Azərbaycan münasibətlərini neqativ planda təqdim edən Rusiya Elmlər Akademiyası Mərkəzi Asiya və Qafqazı Tədqiq Mərkəzinin təmsilçisi Stanislav Pritçinin çıxışını əsas gətirib. Türkmənistan tərəfi qeyd edir ki, qeyd olunan çıxışda söylənən, Türkmənistanla Azərbaycan arasında Xəzərlə bağlı münasibətlərə dair fikirlər həqiqətə zərrə qədər uyğun deyil. İki ölkə arasında əməkdaşlıq qarşılıqlı hörmət və konstruktiv dialoq prinsipləri əsasında inkişaf edir və iki qardaş xalqın tarixi dostluq və dinc qonşuluq ənənələrinə əsaslanır. Eyni zamanda Türkmənistan Xəzərə dair danışıqlar prosesinin aktiv iştirakçısı kimi, bu dialoq başlayandan bütün məsələlərin yalnız hüquqi müstəvidə və diplomatik metodlar vasitəsilə həllinə tərəfdar kimi çıxış edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında