Mixail ŞVIDKOY: Bakı Beynəlxalq Humanitar Forumu insanın inkişafının humanitar aspektlərinin müzakirə edilməsi üçün gözəl məkana çevrilmişdir

Bakı Beynəlxalq Humanitar Forumu insanın inkişafının humanitar aspektlərinin, multikulturalizmin və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin müzakirə edilməsi üçün gözəl məkana çevrilmişdir.
Bu sözləri RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İTAR-TASS agentliyində Ulyanovskda keçiriləcək "Mədəniyyət və inkişaf" adlı beynəlxalq mədəni foruma həsr olunmuş mətbuat konfransında səsləndirmişdir.
Mixail Şvıdkoy Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə oktyabrın 4-6-da Bakıda keçiriləcək humanitar forum barədə AzərTAc-ın müxbirinin sualını şərh edərək demişdir ki, hazırda foruma ciddi hazırlıq işləri gedir və artıq Azərbaycan Prezidentinin Administrasiyası ilə müzakirələr aparılmışdır.
O demişdir: "Biz elm, texnika və iqtisadiyyatın inkişafı ilə bağlı forumda qaldırılacaq humanitar aspektləri müzakirə etdik. Zənnimcə, elə ötən forumun təcrübəsi də göstərmişdir ki, bu, günün tələbidir, çünki elmin inkişafı bütöv bir sistemin inkişafını qabaqlayır. Bundan əlavə, həmin forumda multikulturalizmin, qarşılıqlı münasibətlərin, sivilizasiyalararası dialoqun aktual məsələlərini müzakirə etmək üçün məkan yaradılmışdır. Əslində, diskussiya məkanları bu il də eyni olacaqdır, lakin elm və bütövlükdə humanitar məkana kifayət qədər güclü təsir göstərən yeni informasiya texnologiyaları ilə bağlı bəzi problemlər də müzakirə ediləcəkdir. Yeni texnologiyalardan, o cümlədən sosial şəbəkələrdən istifadə olunması problemlərinin, redaksiyaların oxucular qarşısında məsuliyyəti məsələlərinin və elektron KİV-lər sahəsində fəaliyyətlə əlaqədar bir çox mövzuların müzakirəsi nəzərdə tutulur".
M.Şvıdkoy xüsusi vurğulamışdır ki, üç il əvvəl Rusiya-Azərbaycan Humanitar Forumu kimi başlanmış Bakı forumu daha sonra formatını dəyişmiş və ötən ildən ilk dəfə Bakı Beynəlxalq Humanitar Forumuna çevrilmişdir. M.Şvıdkoy demişdir: "Beləliklə, insanın inkişafının humanitar aspektlərinin müzakirə edilməsi üçün bir məkan yaradılmışdır".

{nl}

Asya HACIZADƏ AzərTAc -ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında