Əli ƏHMƏDOV: Erməniləri azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən Jirinovski, bununla, əslində erməni terrorizmini etiraf etmiş olur

"Jirinovski həmin mitinqdə özünü siyasətçi kimi deyil, xalis provakator kimi aparıb. Rusiya tarixində ibrətamiz provakotorçuluq nümunəsi var. Lakin Liberal Demokrat partiyası sədrinin ənənə halını almış belə hərəkətləri, görünür onun beynindəki ziddiyyətlə əlaqədardır". 
Bu fikirləri YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov Moskvada Ramil Səfərovun əfv edilməsinə etiraz olaraq erməni diasporunun təşkil etdiyi mitinqdə çıxış edən Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovskinin erməniləri azərbaycanlılara qarşı terror aksiyaları həyata keçirmək barədə çağırışına münasibət bildirərkən səsləndirib.
"Erməniləri azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən Jirinovski bununla əslində erməni terrorizmini etiraf etmiş olur"- deyən Əli Əhmədovun sözlərinə görə, bir vaxtlar Jirinovski Səddam Hüseynin sarayından çıxmırdı: "Düşünmürəm ki, bu, Səddam Hüseynə sevgidən irəli gəlirdi. Xeyr, sadəcə olaraq Səddamın sarayında olanlar oradan yaxşı hədiyyələrlə geri dönürdülər. Səddamın axırına çıxdılar, Müəmmar Qəddafinin sarayına ayaq açdı. Motiv eyni idi. Səddamı da, Qəddafini də provakasiyalara çəkib məhvə apardı. Jirinovski onları da silahlanmağa, terrora əl atmağa çağırırdı. İndi erməniləri silahlanmağa, terror əməliyyatlarına səsləyir. Üzdə liberal-demokrat, batində provakator və terrorçu ideoloqu - Jirinovskinin mahiyyəti budur. Ancaq mən ermənilərə ehtiyatlı olmağı məsləhət görərdim. Jirinovskinin dostları Səddam Hüseyn və Mühəmmar Qəddafinin taleyini unutmasınlar. Bu provakator siyasətçi kiminlə dostluq edib, məsləhətlər veribsə, onun axırı yaxşı qurtarmayıb".
YAP-ın sədr müavini daha sonra qeyd etmişdir ki, Jirinovski heç də ermənilərə olan xoş münasibətindən onları terrora səsləmir. "Qoy bir sual versinlər, zəngin iş adamı Ara Abramyanın mitinqdə iştirak etməməsi nədən Jirinovskinin kefinə soğan doğramışdır? Görünür Jirinovski daha böyük qonarar alacağına ümid edirmiş, lakin zəngin iş adamının mitinqə qatılmaması onun istəyini gözündə qoyub. Yəqin Ara Abramyan Vladimir Volfoviçin xasiyyətinə yaxşı bələddir. Jirinovski ilk dəfə deyil ki, Azərbaycana və azərbaycanlılara qarşı hədyanlar danışır. Əlbəttə, bunun nə Azərbaycana, nə də azərbaycanlılara isti-soyuğu yoxdur. Necə deyərlər, it hürər, karvan keçər. Lakin bütöv bir xalqın qəzəbini və nifrətini artıq qazanıb. Bu faktdır"- deyə, Əli Əhmədov bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında