Taner Yıldız: Türkiyə və Azərbaycan bölgənin ən mühüm strateji enerji tərəfdaşlarıdır

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarını şərh etmişdir.
Nazir bildirmişdir ki, səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi başlanmışdır. Türkiyə və Azərbaycan bölgədə ən mühüm strateji enerji tərəfdaşlarına çevrilmişlər.
Səfər zamanı ölkələrimiz arasında ticarət dövriyyəsinin 3,5 milyard dollardan 5 milyard dollara çatdırılması ilə bağlı məsələnin diqqət mərkəzində olduğunu söyləyən nazir demişdir ki, hazırda Azərbaycan Türkiyənin təbii qaz idxal etdiyi 5 ölkədən ən mühümüdür. İki qardaş ölkə bütün sahələrdə olduğu kimi, enerji sahəsində də mükəmməl əməkdaşlıq nümayiş etdirir.
T.Yıldız qeyd etmişdir ki, səfər zamanı hər iki ölkənin siyasi rəhbərliyi Türkiyə iqtisadiyyatının "göz bəbəyi" adlandırılan TANAP layihəsinin həyata keçirilməsi üçün bir daha möhkəm iradə nümayiş etdirmişdir.
Türkiyəli nazir vurğulamışdır ki, "Nabukko" layihəsindən fərqli olaraq TANAP-ın reallaşdırılmasında heç bir çətinlik görmür. Əksinə, gələcəkdə bu boru xətti ilə türkmən qazının nəqli, layihənin genişləndirilməsi məsələləri gündəmə gəlmişdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında