Parisdə Qərbi Avropa İttifaqı Assambleyasında dondurulmuş münaqişələr məsələsi müzakirə edilmişdir

Azərbaycanın Fransadakı səfirliyindən bildirmişlər ki, Parisdə Qərbi Avropa İttifaqı Assambleyasının 58-ci sessiyası keçirilmişdir. Sessiyada Böyük Britaniyadan olan deputat Maykl Hankokun "Dondurulmuş münaqişələr və Avropanın təhlükəsizliyi" mövzusunda məruzəsi dinlənilmiş və qəbul edilmişdir. Azərbaycanı bu tədbirdə Milli Məclisin deputatı Fuad Muradov təmsil etmişdir. Sessiyada Ermənistan və Gürcüstan nümayəndələri iştirak etməmişlər.
Maykl Hankokun məruzəsi tanış olmaq məqsədi ilə sessiyadan əvvəl iştirakçılara paylanmışdır. Böyük Britanya deputatı Avropa İttifaqı nümayəndələrinin toplantıda iştirakından istifadə edərək, onları dondurulmuş münaqişələrin həllində daha fəal rol oynamağa çağırmış, qurumun rəsmilərindən olan K.Aştonun Xəzər regionuna və Qafqaza səfər etməsinə dair mesaj çatdırılması istəyini bildirmişdir. Azərbaycanın bu iki regionda əsasən sabitləşdirici rolunu yüksək qiymətləndirmiş M.Hankok münaqişələr həll edilməyəcəyi təqdirdə, bölgələrdə siyasi, iqtisadi və etnik sabitliyə daim təhlükə mövcud olacağını, bunun Avropa üçün də problem yaradacağını bəyan etmişdir.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə o, həmin bölgədə doğulmuş nəslin nümayəndələri ilə görüşündə onların hansı hisslərlə yaşadığını, doğma torpağa qayıtmaq arzularını qeyd etmiş, "Qəzzədən başqa dünyada elə bir yer yoxdur ki, bir ölkə digərini bu qədər işğal etsin. Biz şəraiti dəyişmək üçün çox az iş görmüşük" fikrini diqqətə çatdırmış, bu işğalçı siyasətin Ermənistan iqtisadiyyatını çökdürdüyünü vurğulamış, işğalçılıq siyasətinin davam etdirilməsini ağılsızlıq adlandırmışdır.
Türkiyənin nümayəndəsi Birgen Keles Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Türkiyə arasında yeganə məsələ olmamasından, bunun iki ölkənin yaxınlaşması ilə sıx bağlılığından, Türkiyənin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə cavab olaraq sərhədlərini bağlamasından söhbət açmışdır.
Məruzə ətrafında çıxış etmiş digər deputatlar dondurulmuş münaqişələrin tezliklə həll edilməsinin vacibliyini vurğulamış, Minsk qrupu həmsədrlərini münaqişənin həlli istiqamətində səylərini artırmağa çağırmışlar.
Azərbaycanlı deputat Fuad Muradov Qərbi Avropa İttifaqı Assambleyasının tərəflərə verəcəyi siqnalın regionda çoxdan gözlənilən sülhün əldə olunmasında öhdəlik götürməkdə tərəddüd edənləri inandırmağa yardım edəcəyini vurğulamışdır. Deputat Azərbaycanın Minsk qrupunun həmsədrləri tərəfindən uzun müddət hazırlanan yeniləşmiş Madrid prinsiplərinə tövsiyə layihəsində verilmiş dəstəyi qiymətləndirdiyini və bunun gələcək fəaliyyət üçün əsas ola biləcəyini ifadə etmişdir. Milli Məclisin deputatı ölkəmizin yeniləşmiş Madrid prinsiplərini qəbul eməklə sülhə nə qədər əhəmiyyət verdiyini nümayiş etdirdiyini, lakin Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmadığını, bununla da regionda sülhün bərqərar olması barədə götürdüyü öhdəlikləri daim sual altında qoyduğunu bildirmişdir.
Sonda F.Muradov Azərbaycanın "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən Cənubi Qafqaz bölgəsinin hər üç ölkəsinə ciddi yanaşma gözləndiyini diqqətə çatdırmışdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında