Deputat Qeri SATKLİF: Azərbaycanlı zabitin ekstradisiyası "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına uyğun həyata keçirilmişdir

Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına uyğun həyata keçirilmişdir.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu sözləri Böyük Britaniyanın Penitensiar Xidmət üzrə sabiq naziri, deputat Qeri Satklif azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı Ermənistanın aqressiv mövqeyinə münasibət bildirərkən demişdir.
Deputat qeyd etmişdir ki, Ramil Səfərovun həbs cəzasının davam etdirilməsi üçün Azərbaycana ekstradisiyası və bunun ardınca da əfv olunması Ermənistan hökuməti, erməni diasporu və onun havadarları arasında odlu fırtınaya səbəb olmuşdur. Q.Satklif demişdir: "Nəticədə, Azərbaycan diplomatları hədələndi, Macarıstan ilə diplomatik əlaqələr kəskinləşdi, Ermənistan prezidentinin müharibəyə çağırışları artdı və Ramil Səfərovun özü hədəf seçildi".
Mətbuatın və bir sıra avropalı deputatların bu məsələ ilə bağlı mühakimə yürütməkdə tələsdiyini qeyd edən sabiq nazir vurğulamışdır ki, Ermənistan son 20 ildə terror hücumlarına görə məhkum olunan bir sıra vətəndaşlarını əfv etmişdir. Bu məsələnin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hazırkı Ermənistan prezidenti də daxil olmaqla, minlərlə azərbaycanlını qətlə yetirmiş heç bir erməniyə qarşı məhkəmə iddiasının qaldırılmaması faktı da gündəmə gəlir. Qoşunların çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə Ermənistan hələ də məhəl qoymur. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşmüş, Azərbaycan ərazisinin 20 faizi zəbt olunmuşdur. Tərəflər arasında yaranmış 20 illik pat vəziyyət bu günədək davam edir.
Deputat diqqətə çatdırmışdır ki, Avropa sərhədindəki bu açıq yaranın irinləməsinə artıq yol verilə bilməz. O demişdir: "Zorakılıq daha çox şiddət törədir. Beynəlxalq ictimaiyyət münaqişənin tezliklə həll olunması üçün səylərini artırmalıdır".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında