Rusiya xarici işlər nazirinin müavini: "Bəşər Əsəd bizə dedi ki, xalq başqa bir namizədi dəstəkləsə, hakimiyyətdən gedəcək"

"Suriya Prezidenti Bəşər Əsəd bizə bildirib ki, xalq başqa bir insanı prezident kimi görmək istəyərsə, iqtidardan ayrılacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib.
Parisdə Suriya müxalifəti ilə görüşən M. Boqdanov Suriyadakı mövcud rejimin hələ də güclü olduğunu bildirib. O, Suriyada prezident seçkilərinin 2014-cü ildə keçiriləcəyini qeyd edib: "Cenevrə müzakirələri çərçivəsində Suriya iqtidarı və müxalifəti bir masa ətrafında siyasi proseslərin parametrlərini müəyyən etməlidir. Rusiya Suriyada iqtidarla müxalifət arasında barışığın əldə olunmasının tərəfdarıdır. Suriya müxalifətinə edilən silah yardımı çox risklidir. Bu, Suriyanı Somaliləşdirməkdir".
Diplomat Suriya problemi ilə bağlı Moskvada konfrans keçirməyi təklif etdiklərini də əlavə edib: "Biz Moskvada keçirməyi təklif etdik. Başqaları Parisdə və ya Cenevrədə keçirmək istəyərsə, bizim üçün heç bir fərq etməz. Ən əsası, barışıq prosesini mümkün qədər tez başlatmaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında