Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində məcburi köçkünlərin ən qısa zamanda öz torpaqlarına qaytarılması vacib şərtdir

Sentyabrın 11-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində (İB) ölkəmizdə səfərdə olan ATƏT-in üzvü olan ölkələrin səfirləri ilə görüş keçirilmişdir.
İB-dən AzərTAc-a bildirmişlər ki, görüşdə icmanın sədri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, analitik şöbənin rəhbəri Elçin Əhmədov və başqaları iştirak etmişlər.
B.Səfərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun ağır nəticələri barədə məlumat vermişdir. İyirmi ildir ki, münaqişənin nizamlanması istiqamətində çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və məsələnin həllində qətiyyətli mövqe göstərmədiklərini diqqətə çatdıran sədr qeyd etmişdir ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
İki gün əvvəl Ermənistanda səfərdə olduqlarını xatırladan Norveçin ATƏT-dəki səfiri Robert Kvile bildirmişdir ki, səfər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmuşdur.
Fransanın ATƏT-dəki səfiri François Alabrune qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyətindən xəbərdar olduqlarını və münaqişənin həlli istiqamətində tərəflərin görüşlərinin keçirilməsinin vacibliyini vurğulamışdır. Səfir demişdir ki, işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin ən qısa zamanda öz doğma torpaqlarına qaytarılması münaqişənin həllində vacib şərtdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov beynəlxalq qurumları ikili standartlara son qoymağa çağırmış, münaqişənin konstruktiv həll olunmasının və məcburi köçkünlərin yaxın zamanda öz doğma yurd-yuvalarına qayıtmalarının təmin edilməsinin hər bir azərbaycanlının arzusu olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Elman Məmmədov Xocalıda törədilmiş vəhşiliklərin şahidi olduğunu və bu ağrı-acının hələ də unudulmadığını vurğulamışdır. E.Məmmədov ATƏT-dəki səfirlərin simasında bütün dünya birliyini bu soyqırımına layiqli hüquqi qiymət verməyə çağırmışdır.
Digər səfirlər də çıxış edərək münaqişənin həlli ilə bağlı fikirlərini və təkliflərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında