Rəcəb Tayyib ƏRDOĞAN: Azərbaycan 21 ildən bəri davamlı inkişaf və tərəqqi yolundadır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl Ankaranın Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırmışdır. 
Baş nazir demişdir: "Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasını ötən il oktyabrın 25-də İzmirdə Prezident İlham Əliyev ilə keçirmişdik. Şuranın ikinci iclası bu səfər çərçivəsində keçiriləcəkdir. Bildirmək istərdim ki, biz, Azərbaycan ilə qardaş və dost ölkələrik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti nəticəsində əməkdaşlığımız strateji bir səviyyəyə çatmış və bu, davam edir. Azərbaycan davamlı inkişaf və tərəqqi yolundadır. Biz bunu dəstəkləməkdən məmnunuq".
Türkiyənin Baş naziri demişdir ki, Azərbaycana səfəri çərçivəsində keçiriləcək bir sıra görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, habelə regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Baş nazir tarixi Şəki və Zaqatala şəhərlərinə də gedəcəyini söyləmişdir.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında