Mübariz QURBANLI: Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir

"ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. 
M.Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur.
"Ona görə də, inanmıram ki, ASALA-nı dirildənlər onun vasitəsilə öz məqsədlərinə çata bilsin. Səfirliklərimizin təhlükəsizliyi qorunur, bu yöndə dövlətimiz lazımi işlər görür. Azərbaycan ASALA-nın təhdidlərindən çəkinmir. Bu terror təşkilatını Ermənistan himayə edir. Ermənilər işğal olunmuş Dağlıq Qarabağ ərazisində də terror təşkilatları yaradıblar. Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir və yeri gələrsə, ASALA qat-qat güclü cavabını alacaq. "Evrovision 2012" mahnı müsabiqəsi ərəfəsində də terror cəhdi var idi. Amma ölkəmizin təhlükəsizlik orqanları bu cəhdlərin qarşısını lazımi səviyyədə aldılar. ASALA-nın bəyanatları sabun köpüyü kimi dağılıb gedəcək"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında