Riçard MORNİNQSTAR: "Azərbaycan şəffaf demokratiyaya çevrilmək üçün əlindən gələni etsə, regionda və dünyada aparıcı dövlətə çevrilə bilər"

"Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər möhkəm və çoxtərəflidir. Biz qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər, o cümlədən regional sabitlik, insan haqları, enerji təhlükəsizliyi məsələləri üzərində işləyirik".
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar demişdir.
Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd etmişdir.
Ölkədə insan haqları və demokratikləşmə məsələlərinə toxunan səfir bildirmişdir ki, ABŞ bu məsələlərə böyük əhəmiyyət verir və Azərbaycan bu istiqamətdə işləməyə davam edir.
Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan səfir uzun illər ABŞ Dövlət Departamentində energetika məsələlərinə dair vəzifələr tutduğunu xatırlatmışdır: "Lakin səfir postunda Azərbaycanla digər sahələrdə də əməkdaşlığı inkişaf etdirmək niyyətindəyəm. Azərbaycan enerji resursları ilə zəngin ölkədir, lakin iqtisadiyyatı digər yollarla da inkişaf etdirmək imkanları var. Hesab edirəm ki, əgər Azərbaycan şəffaf demokratiyaya çevrilmək üçün əlindən gələni etsə, regionda və dünyada aparıcı dövlətə çevrilə bilər".
Transxəzər qaz kəməri layihəsi barədə danışan səfir ABŞ-ın bu layihəyə dəstək verdiyini demişdir: "Biz Transxəzər qaz kəməri layihəsini dəstəkləyirik və bu layihənin həyata keçməsi üçün əlimizdən gələni etməyə hazırıq. Ümidvarıq ki, Avropa Birliyinin bu istiqamətdə Azərbaycan, Türkmənistan və Türkiyə ilə əməkdaşlığı uğurlu olacaq.
Azərbaycan hakim partiya ilə müxalifət arasında yaxınlaşma və dialoqun keçirilməsi siyasəti yürütmüş sabiq səfir Metyu Brayzanın siyasətini davam etdirib-etdirməyəcəyinə dair sualı cavablandıran Morninqstar bildirib ki, bu istiqamətdə istənilən təşəbbüsü dəstəkləməyə hazırdır.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdən sonra səfir jurnalistlərin suallarını cavablandırıb.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında