Macarıstan millət vəkilləri Azərbaycan səfirliyinə gələrək, Ramil Səfərov məsələsində Bakıya dəstək ifadə ediblər

Macarıstan Parlamenti Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Macarıstan Parlamentində macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Gyongyosi (Marton Dyondoşi) və Yobbik Partiyasının Parlamentdəki üzvü Tamas Hegedus (Tamaş Heqeduş) Azərbaycanın Budapeştdəki səfirliyinə gələrək, səfir Vilayət Quliyevlə görüşüblər.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, macar millət vəkilləri, Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana qaytarılması və hadisələrin sonrakı gedişi ətrafında yaranan müzakirələrlə bağlı fikir mübadiləsi aparıb, Azərbaycana dəstəklərini ifadə ediblər.
M.Gyongyosi qeyd edib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabit Qurqen Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdir: "Siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar".
O, indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud yaxınlaşmanın bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün imkan yaratmasına təsiri də qeyd edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında