Azərbaycan Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında Sertifikat imzalanmışdır

Sentyabrın 6-da Çin Xalq Respublikası (ÇXR) tərəfindən ayrılmış texniki yardımlar hesabına Azərbaycana gətirilən nəqliyyat vasitələrinin təhvil-təslim işlərinin başa çatdırılması ilə əlaqədar "Kommunal təyinatlı avtomobillərin qəbulu Sertifikatı"nın imzalanması mərasimi olmuşdur. 
Sənədi Azərbaycan Hökuməti tərəfdən nəqliyyat nazirinin müavini Musa Pənahov, ÇXR tərəfdən isə həmin ölkənin respublikamızdakı səfiri Hong Jiu Yin imzalamışlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilmiş imzalanma mərasimindən əvvəl ÇXR-in Anxuy Əyaləti Xalq Hökumətinin nümayəndə heyəti ilə görüşmüş baş nazirin müavini Abid Şərifov iki ölkə arasındakı münasibətlərin sürətlə inkişafından məmnunluğunu ifadə etmişdir. Bildirilmişdir ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini inkişaf etdirmək üçün ÇXR tərəfindən ayrılan müxtəlif texniki yardım və qrantlar bu inkişafın aydın təzahürüdür. Bu günədək ölkələrimiz arasında ümumi məbləği 165 milyon Çin yuanı (24,5 milyon dollar) təşkil edən səkkiz texniki yardım sazişi imzalanmışdır. Bu texniki yardım çərçivəsində Çin istehsalı olan 130 bərk məişət tullantılarını daşıyan, 20 çirkab suları soran və 13 su daşıyan nəqliyyat vasitəsinin ölkəmizə gətirilməsi təmin olunmuşdur. Nəqliyyat vasitələrinin düzgün istismar edilməsi üçün Çindən dəvət olunmuş mütəxəssislər xüsusi təlimlər keçmişlər.
Baş nazirin müavini qeyd etmişdir ki, digər texnikaların da ölkəmizə gətirilməsi üçün ÇXR ilə danışıqlar davam etməkdədir.
ÇXR Anxuy Əyaləti Xalq Hökumətinin nümayəndə heyətinin rəhbəri Zanq Şikai təmsil etdiyi əyalət barədə məlumat vermişdir.
Səfir Hong Jiu Yin Azərbaycan-Çin əlaqələrinin 20-ci ildönümündə münasibətlərin dinamik inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında