Azərbaycan-Fransa: hüquqi sahədə əlaqələr genişlənir

Fransanın ölkəmizdəki səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan nazir Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi ilə bağlı islahatlar, hakimlərin seçilməsi və tədrisi barədə məlumat vermiş, bu sahədə qabaqcıl təcrübəsindən istifadə olunduğunu, 2004-cü ildə iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanmasını qeyd etmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə əməkdaşlığın yeni prioritetlərinin müəyyən olunmasının vacibliyini bildirmişdir.
Səfir ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın, o cümlədən ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamış, yeni yaradılmış Ədliyyə Akademiyasının fəaliyyətinə xüsusi önəm verərək, bu sahədə Fransa Milli Hakimlər Məktəbi ilə qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd etmişdir.
Görüşdə məhkəmə qərarlarının icrası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, xüsusi notariusların fəaliyyətinin və inzibati ədliyyənin təşkilinə dair səmərəli fikir mübadiləsi aparılmış, konkret məsələlər üzrə razılıq əldə edilmişdir.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında