Azərbaycan ilə Aİ arasında assosiativ sazişin imzalanmasına dair rəsmi danışıqlar iyulun ortalarında başlanacaqdır

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında assosiativ sazişin imzalanmasına dair rəsmi danışıqlara iyulun ortalarında başlanacaqdır.
Bunu jurnalistlərə müsahibəsində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev demişdir. Onun sözlərinə görə, danışıqların Bakıda keçirilmə ehtimalı böyükdür. İyulun 21-də isə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında assosiasiyalar haqqında sazişin imzalanmasına dair rəsmi danışıqlarla bağlı ilk texniki görüş keçiriləcəkdir. Görüşdə sazişin strukturu və prinsiplərinə dair məsələlər müzakirə olunacaqdır.
Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqların hansı mərhələdə olduğuna dair sualı cavablandıran Mahmud Məmmədquliyev iyunun 17-18-də Bakıda TAXİS proqramı tərəfindən ekspertlər səviyyəsində texniki seminarın keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, bu seminar miqrasiya, viza, viza prosedurunun sadələşdirilməsi, sərhədlərin mühafizəsi, miqrasiya prosesinin idarə olunması kimi məsələlərə həsr olunmuşdur. Bu, ilk və ciddi addımdır, yaxın zamanlarda viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacağıq. Bu cür danışıqlar bir il, il yarım davam edə bilər və hər şey görülən işin fəallığından asılıdır. Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi barədə sazişlə eyni vaxtda readmissiya haqqında saziş də imzalanmalıdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında