Sergey Lavrov: "Rusiya ilə ABŞ Suriyanın demokratik sistemə keçməsini istəyir"

"Rusiya ilə ABŞ Suriyanın demokratik bir sistemə keçməsini istəyir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 
Rusiyanın Vladivostok şəhərində sentyabrın 2-9-da keçiriləcək ATES (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) təşkilatının sammiti öncəsi jurnalistlərə açıqlama verən nazir Suriyada baş verəcək dəyişikliyin ölkənin ərazi və torpaq bütövlüyünə, müstəqilliyinə sadiq qalaraq Suriya xalqı tərəfindən gerçəkləşdiriləcəyini söyləyib.
S. Lavrov rəsmi Moskva ilə Vaşinqton arasında Bəşər Əsədin hakimiyyətdən getməsi və bundan sonrakı proseslərin davamı ilə bağlı fikir ayrılıqları olduğunu bildirib: "Bütün bu problemlər suriyalılar tərəfindən müzakirə masası ətrafında həll edilməlidir. Xaricdən diqtə edilərək Suriyanın gələcəyinə istiqamətlənən hər hansı bir göstəriş prosesin ləngiməsinə səbəb olacaq.
Qeyd edək ki, ATES sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəyi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında