Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammiti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammiti başa çatmışdır. Sammitin yekun sənədinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilmişdir. Sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılır: "Dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırır".

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri 
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında