Natali QULE: "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir"

"Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir".
Bu fikri senator Natali Qule Fransa Senatında etdiyi çıxışında söyləmişdir.
Azərbaycana səfərləri barədə danışan senator xanım çıxışına bu sözlərlə başlamışdır: "Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu işğalı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası pisləmişdir. Qurumun Azərbaycanın işğal olunmuş ərazilərinin heç bir şərt qoyulmadan azad edilməsi barədə qətnamələri indiyədək yerinə yetirilməmişdir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cavabdeh olan Minsk qrupunun fransalı həmsədrinin son vaxtlar yanlış tərcümələrin girovuna çevrildiyinə toxunan Natali Qule bu məsələ ilə bağlı bəzi təkziblərə baxmayaraq, bir çox kütləvi informasiya vasitələrində getmiş materialların Azərbaycanda ciddi narazılıq doğurduğunu diqqətə çatdırmışdır.
Senator xanım Ermənistanı Fransanın mühüm iqtisadi və siyasi tərəfdaşı olan Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi barədə BMT qətnamələrinə hörmət etməyə çağırmışdır.
Sonda senator belə sualla müraciət etmişdir: "Türkiyə və Ermənistan arasında gələcək razılaşmalarda Azərbaycanın legitim maraqlarını nəzərə almaq üçün Fransa hansı ölçülər götürəcək və Dağlıq Qarabağa qaçqın və məcburi köçkünlərin qayıtmasını təmin etmək məqsədilə nə kimi təşəbbüslər göstərəcəkdir?!".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında