Azərbaycan XİN: İşğal olunmuş ərazilər haqqında BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnaməni diqqət mərkəzində saxlayırıq

"Azərbaycan ölkəmizin işğal olunmuş əraziləri haqqında hər il BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnamə ilə bağlı durumu həmişə diqqət mərkəzində saxlayır".
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
Xatırladaq ki, "GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələr 2004-cü ildən bəri BMT Baş Assambleyasının gündəminə daxil edilir. Baş Assambleyanın növbəti - 67-ci sessiyası sentyabrın 18-də başlayacaq. Serbiyanın xarici işlər naziri Vuk Yeremiç sessiyanın sədri seçilmişdir. Hər iki qətnamə növbəti dəfə sessiyanın gündəminə daxil olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında