Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Avqustun 28-də Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov Qərbi Keyp əyalətinin paytaxtı Keyptaun şəhərində rəsmi səfərdə olmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində E.Poluxov ölkə parlamentinin spikeri M.V.Sisuslu ilə görüşmüşdür.
Qəbula görə təşəkkürünü bildirən səfir CAR parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu vurğulamışdır. E.Poluxov spikerə Azərbaycanda sürətlə gedən inkişaf, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini qeyd edən səfir bu səbəbdən Azərbaycan ilə CAR arasında oxşar cəhətlərin çox olduğunu demişdir. E.Poluxov parlamentlərarası diplomatiyanın əhəmiyyətini də vurğulamış və bu münasibətlərin dövlətlərarası əlaqələrdə xüsusi rol oynadığını qeyd etmişdir.
Azərbaycan Respublikası Milli Məclisi haqqında da ətraflı məlumat verən səfir qanunverici orqanın bir sıra ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq etdiyini demişdir. Diplomat Milli Məclisdə artıq CAR ilə dostluq qrupunun mövcud olduğunu vurğulamışdır.
M.V.Sisuslu Azərbaycan ilə CAR arasında əlaqələrin qurulmasının hər iki ölkə üçün vacib olduğunu bildirmişdir. CAR parlamentinin də bir çox ölkələr ilə əlaqələrinin olduğunu vurğulayan spiker qeyd etmişdir ki, respublikasının qanunverici orqanı bir sıra beynəlxalq təşkilatların üzvüdür.
Azərbaycan Respublikasının parlamenti ilə əməkdaşlıq etməyə hər zaman hazır olduqlarını vurğulayan spiker təklif etmişdir ki, ilkin addım kimi iki ölkənin qanunverici orqanları arasında məlumat mübadiləsi aparılsın və sonradan qarşılıqlı səfərlər təşkil olunsun.
Görüşdə, həmçinin CAR parlamentinin Afrika qitəsində ən böyük və zəngin kitabxanaya malik olduğu diqqətə çatdırılmışdır. Bu kitabxanada Azərbaycan ilə bağlı məlumatların artırılması təklifinə isə E.Poluxov bildirmişdir ki, qısa müddət ərzində bu istiqamətdə müvafiq addımlar atılacaqdır.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilmişdir. Azərbaycan diplomatı CAR parlamentinin rəsmi qonaqlar kitabına ürək sözlərini yazmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında