Avropa İttifaqı Azərbaycan vətəndaşlarının viza almaları prosesini optimallaşdırmaq üçün maliyyələşdirmə ayırır

Avropa Komissiyası Aİ ilə ikitərəfli münasibətlərə, xüsusən ədliyyə və miqrasiya sahəsində münasibətlərə cavabdeh olan təsisatlarda islahatlar aparılmasına kömək məqsədi ilə Azərbaycana yeni maliyyələşdirmə ayrıldığını elan etmişdir. 
AzərTAc Avropa Komissiyasının saytına istinadla xəbər verir ki, həmin maliyyə dəstəyi Aİ-Azərbaycan Fəaliyyət Planı, o cümlədən Azərbaycan vətəndaşlarının viza almaları prosesinin optimallaşdırılması kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə kömək edəcəkdir.
Aİ-nin Azərbaycan üçün illik fəaliyyət proqramı 2012-ci ildə 19,5 milyon avro məbləğində vəsait ayrılmasını nəzərdə tutur.
Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) vasitəsilə həyata keçiriləcək maliyyələşdirmə Avropa Qonşuluq Siyasətinin Prioritetlər Planı və institusional islahatları çərçivəsində tədbirlər görülməsinə yönəldiləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında