Forpost Ermənistan: terrora dəstəklə antiterror təlimləri və diplomatiyada cılız addımlar

Avqust ayının ötən iyirmi günü Rusiya rəsmilərinin "forpost" adlandırdığı Ermənistanın cılız siyasətinin nümayişi oldu desək, yəqin ki, yanılmarıq. Əvvəlcə, İranın Şərqi Azərbaycan vilayətində zəlzələ qurbanlarına 139 min dollar humanitar yardım göstəriləcəyi barədə rəsmi Yerevanın açıqlamaları gəldi. Əslində, əhalisi ölkəni sürətlə tərk edən, iqtisadiyyatı çökən, humanitar yardım etdiyi İranın sayəsində hələ ki, ayaq üstə duran ölkənin açıqladığı bu rəqəm də fantastik sayıla bilər.
Lakin bu cılız ölkənin milçək kimi ürək bulandıran təxribatları avqust ayında da davam etdi. Forpost ölkənin diaspor nazirliyi Suriyadan qaçan ermənilərlə danışıq apardığını, onların Ermənistanda yerləşdirildiyini, radikal "Sardarapat" təşkilatının qaçqınların bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması təklifini də müzakirə etdiyini açıqladı.
Digər maraqlı xəbər erməni terror təşkilatı ASALA-nın yenidən baş qaldıraraq Türkiyəyə meydan oxuması oldu. 1985-ci ildən bəri kölgəyə çəkilmiş bu terror təşkilatı Ankaranı Yaxın Şərqdə sabitlik üçün təhlükə adlandıraraq, Suriyada həlak olacaq ermənilər üçün qisas alınacağını bəyan etdi. Ən təəccüblü və həyasız bəyanat bunun ardından forpost ölkədən gəldi: rəsmi Yerevan sentyabrın 3-8-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə hərbi təlimlərinə ev sahibliyi edəcəyini və bu təlimlərdə terrorçuların girov götürdüyü dinc insanların xilas edilməsi, terrorçu qrupların tərksilah edilməsi və fəaliyyətlərinin dayandırılması işini canlandırılacağını açıqladı. İşğalçı, terrorçu və terrora dəstək verən Ermənistanın bu təlimlərə ev sahibliyi etmək niyyəti də gözdən pərdə asmaqdır.
Bu günlərdə Ermənistanın PKK terror təşkilatına dəstəyi xəbərləri də artmaqdadır. Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin zərərsizləşdirilən terrorçuların Ermənistan pasportu daşıdıqları bəyanatı Yerevandakı rəsmi dairələr tərəfindən sükunətlə qarşılandı. Terror təşkilatının fəaliyyətini gücləndirməsi forpost ölkədə yerləşən terrorçu düşərgələrində də canlanma ilə müşayiət olunmuşdur. Türkiyənin Atatürk Universitetinin Erməni Araşdırmaları Bölməsinin rəhbəri Savaş Əyilməzin sözlərinə görə, PKK daha çox Gümrü, Spitak, Yerevan, habelə Azərbaycanın işğal altındakı Laçın və Kəlbəcər rayonlarında düşərgələrə malikdir.
Bundan başqa, təşkilatın Ermənistanda "Yerevanın səsi" adlı radiostansiyası da fəaliyyət göstərir. Gürcüstana da yayılan terror təşkilatı burada erməni mənşəli Yelena Xudoyanın sədrliyi ilə bölmə yaratmış, bu ölkədə mitinq də təşkil etmişdir. Ermənistanın dəstəklədiyi terrorçu qrup sentyabrın 5-də İraq, Ermənistan, Gürcüstanda gənclər üçün düşərgə də təşkil etməyi planlaşdırır. Ermənistan forpostu olduğu Rusiyanın paytaxtı Moskvada Türkiyə əleyhinə "Rodina" hərəkatının keçirdiyi mitinqdə də cılızlığını nümayiş etdirdi. Belə ki, Türkiyə səfirliyinin qarşısında keçirilən mitinqdə cəmi 16 nəfər iştirak etmiş, onların yarısı da ermənilər olmuşdur.
Qüdrətli qonşuları Türkiyə və Azərbaycan qarşısında gözə çarpmayan "varlığını" sübut etmək üçün çabalayan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın avqust ayında Avstraliya, Filippin və İndoneziyaya səfəri zamanı əməkdaşlıq təklifləri məşhur rus yazıcıları İlya İlf və Yevgeni Petrovun "12 stul" əsərinin qəhrəmanı Ostap Benderin qanadlı kəlamını xatırladır: "Mənim nəhəng gəmilərin fonunda ağaran tənha yelkənim". Lakin bu yelkən günlərin birində ağarmayacaq, batacaq və bir daha görünməyəcəkdir. Bunun baş verəcəyi gün isə forpostun heç kimə lazım olmayacağı gündür.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında