Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası olmuşdur

Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası olmuşdur.
İclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri Əhməd Davudoğlu, Erjan Kazıxanov, Ruslan Kazakbayev, həmçinin TDƏŞ-in baş katibi Xəlil Akınçı və TürkPA-nın baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak etmişlər.
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev son vaxtlar TDƏŞ çərçivəsində görülən işlərdən danışmış, əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradıldığını qeyd etmişdir.
Xələf Xələfov iclasdakı çıxışında bildirmişdir ki, TDƏŞ-in son illərdə keçirilən zirvə toplantıları türkdilli xalqların ortaq mədəniyyətinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin, tarixi köklərinin qorunub saxlanması istiqamətində mühüm addım olmuşdur.
X.Xələfov demişdir: "Dövlətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəaliyyətlərini əlaqələndirirlər. Bu mənada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini xüsusi qeyd etmək olar və bu, bizim böyük qələbəmizdir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə enerji və nəqliyyat-kommunikasiya sahəsində həyata keçirilən genişmiqyaslı layihələr bütövlükdə regionun mənzərəsini dəyişmiş, Xəzər regionunu beynəlxalq enerji mərkəzlərindən birinə çevirmişdir. Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə həyata keçirilən investisiya layihələri nəticəsində Xəzər, Qara və Aralıq dənizlərini əhatə edən neft və qaz kəmərləri vasitəsilə dünya bazarlarını zənginləşdirən alternativ layihələr yaradılmışdır".
Nazir müavini Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri, TANAP-ın Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilməsi haqqında da məlumat vermişdir.
X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq demişdir: "Bu münaqişə bölgənin inkişafı üçün başlıca maneədir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə müşayiət olunan və 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həll edilməmiş qalır. Nazir müavini bir daha bildirmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Ermənistanda yaşayan 250 min soydaşımız doğma yurdlarından qovulmuşdur.
İclasın digər iştirakçıları da çıxışlarında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə toxunmuşlar.
TürkPA-nın baş katibi Ramil Həsənov təşkilatın xətti ilə görülən işlər haqqında ətraflı məlumat vermişdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında