Türkiyənin xarici işlər naziri Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid etmişdir

Bişkekdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid etmişdir. 
Ə.Davudoğlu bildirmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasını əngəlləyir. Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və biz bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik.
Ə.Davudoğlu demişdir: "Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaqdır".
Türkiyənin xarici işlər naziri qeyd etmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcəkdir.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında