Dünyada ilk dəfə olaraq qondarma "erməni soyqırımı"nı tanıma qərarı ləğv edilmişdir

Dünyada ilk dəfə olaraq qondarma "erməni soyqırımı"nın tanınması haqda qərar ləğv edilmişdir.
Krım Xəbər Agentliyinin xəbərində deyilir ki, Ukraynanın Xarkov vilayətinin İzyum Şəhər Şurası ötən ilin dekabrında qəbul etdiyi qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərarı ləğv etmişdir.
Bununla əlaqədar İzyum Şəhər Şurasının sədri Krım Azərbaycanlılar Dərnəyinə (KAD) və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Krım şöbəsinə məktub göndərmişdir.
Bu barədə məlumat verən KAD-ın sədri Rəhim Hümbətov qondarma "erməni soyqırımı"nın tanınması haqqında qərarın ləğv edilməsi üçün gərgin əmək sərf etdiklərini bildirərək vurğulamışdır ki, bu qərar Ukrayna qanunlarına zidd idi. Belə ki, bu ölkənin qanunlarına əsasən, yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti yoxdur. Qərarla bağlı İzyum Prokurorluğuna müraciət etdiklərini bildirən R.Hümbətov uzunmüddətli mübarizədən sonra qanunsuz və ədalətsiz qərarın ləğvinə nail olduqlarını demişdir.
KAD sədri onu da bildirmişdir ki, artıq qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv edilməsi üçün mübarizə aparmağın vaxtı çatmışdır. Bunun üçün əsaslar lazım olduğundan məsələ çox çətindir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında