Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir

Avqustun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Baş nazirin birinci müavini Asəf Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla bağlı çıxış etmişlər.
Sonra nazirlər, rayon icra hakimiyyəti başçıları, idarə və müəssisə rəhbərləri aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və bu sahədə görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə bütün sahələrdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi muxtar respublikada da əhalinin və təsərrüfat subyektlərinin payız-qış mövsümünə hazırlığı ilə bağlı vəziyyətin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. O qeyd etmişdir ki, qışa hazırlıqla əlaqədar hər il müşavirələr keçirilir, mövcud problemlərin aradan qaldırılması istiqamətində vəzifələr müəyyənləşdirilir.
Ali Məclisinin sədri demişdir ki, həyata keçirilən tədbirlər nəticəsində bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Naxçıvanda yay mövsümündə bir gündə elektrik enerjisinə olan tələbat 65-70 meqavat, təbii qaza olan tələbat 600 min kubmetr, qış mövsümündə isə elektrik enerjisinə tələbat 40-45 meqavat, təbii qaz tələbatı 1 milyon 600 min kubmetr təşkil edir.
Bildirilmişdir ki, əhalinin və təsərrüfat subyektlərinin enerjiyə və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq tədbirləri indidən diqqət mərkəzində saxlanılmalıdır.
Ali Məclisin sədri müşavirədə aidiyyəti qurumlara payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar konkret tapşırıqlar vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında