Hafiz PAŞAYEV: Təcrübə onu göstərir ki, bu gün Azərbaycan dünya ölkələrini təkcə enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda, yüksək təhsili ilə tanınır

Təcrübə onu göstərir ki, bu gün Azərbaycan dünya ölkələrini təkcə enerji resursları ilə özünə cəlb etmir, eyni zamanda, yüksək təhsili ilə tanınır. Tələbələrin xaricdə təhsil almaq üçün göndərilməsi təqdirəlayiqdir və gələcəkdə davam etdirilməlidir.
Bu sözləri xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev ASAİF-in X Beynəlxalq Yay Forumunda çıxışı zamanı demişdir.
ASAİF-in üzvləri olan gənclərə uğurlar arzulayan H.Paşayev qeyd etmişdir ki, xaricdə oxumağın böyük əhəmiyyəti vardır: "Mən özüm də xaricdə təhsil almışam. İndi isə əlaqələr daha da genişlənmişdir. Bu istiqamətdə heç bir sərhəd yoxdur və hər bir ölkə sizin üzünüzə açıqdır. Sizin əsas vəzifəniz odur ki, dünyanın qabaqcıl ali məktəblərində təhsil alaraq özünüzə həyatda layiqli yer tapasınız və sonrakı fəaliyyətinizdə Azərbaycan elmini, təhsilini yüksəklərə qaldırasınız".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında