ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə əlaqədar iftar mərasimi təşkil etmişdir

Avqustun 17-də ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə əlaqədar iftar mərasimi təşkil etmişdir. AzərTAc xəbər verir ki, iftar mərasimində rəsmi şəxslər, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların rəhbərləri iştirak etmişlər.
Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını və Azərbaycan xalqını təbrik etmişdir. Bildirmişdir ki, bu axşam iftar mərasimini təşkil etməkdən şərəf duyuram. Bu mərasim bizim səfirliyin hər il keçirdiyi tədbirlər arasında mənim ən çox sevdiyim tədbirdir.
A.Sterlinq qeyd etmişdir ki, bu iftar mərasimi ortaq dəyərlərimizi qeyd etməyə və Azərbaycanda dini tolerantlığı qiymətləndirməyə imkan verir. Azərbaycanda yüksək tolerantlıq şəraitinin mövcud olduğunu deyən diplomat ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilərin əsrlər boyu dinc yanaşı yaşadıqlarını da diqqətə çatdırmışdır. A.Sterlinq vurğulamışdır ki, azərbaycanlılar dini etiqadlarından asılı olmayaraq hamıya həmişə yüksək qonaqpərvərlik göstərmişlər. Bu gün dinlər arasında belə dostluq və tolerantlıq nümunəsinə dünyanın böyük ehtiyacı vardır.
ABŞ Prezidenti Barak Obamanın keçən həftə Ağ evdə iftar süfrəsi təşkil etdiyini deyən A.Sterlinq həmin mərasimdə Azərbaycanın ABŞ-dakı müvəqqəti işlər vəkili Fəxrəddin İsmayılovun da iştirak etdiyini bildirmişdir.
A.Sterlinq demişdir ki, Ramazan ayı ərzində, eyni zamanda, dini ənənələrin paylaşıldığının şahidi oluruq. Bu mərasimi qeyd etdiyimiz zaman Azərbaycanda dini icmalar arasında dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin olduğunu görürük.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında