Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsi müvəqqəti bağlanacaqdır

Fransanın Azərbaycandakı səfirliyinin viza şöbəsi müvəqqəti bağlanacaqdır. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, şöbənin bağlanması viza üçün müraciət edən şəxslərin qəbulunu yaxşılaşdırmaq məqsədi ilə həyata keçirilən təmir işləri ilə əlaqədardır.
Viza şöbəsi cari ilin 7-22 sentyabr tarixləri arasında olan müddətdə beş iş günü ərzində bağlı olacaqdır. Şöbənin bağlı olacağı günlərin dəqiq tarixləri barədə ən geci avqustun 27-dək məlumat veriləcəkdir.
Hazırda viza almaq üçün müraciətin təqdim edilməsi ilə bağlı görüşün təyin olunması üçün lazım olan müddət 12 iş günü əhatə edir. Buna müraciətin baxılması üçün nəzərdə tutulan müddət - minimum beş iş günü əlavə edilir. Diplomatik və xidməti pasportların sahibləri görüş təyin edilmədən bazar ertəsindən cümə gününədək 15.00-dan 16.00-dək viza şöbəsinə yaxınlaşa bilərlər. Müraciətə iki iş günü ərzində baxılacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında