Ermənistan qəzeti: Dağlıq Qarabağdakı yeraltı sərvətlər buradakı rejimin rəhbərləri tərəfindən istismar olunur

"Qarabağda deyirlər ki, Kəlbəcərdəki qızıl mədəni Bako Saakyana məxsusdur"

{nl}

Dağlıq Qarabağ bölgəsində təbii yeraltı sərvətlər buradakı rejimin rəhbərlərinə məxsus şirkətlər tərəfindən istismar olunur. APA-nın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan "Lragir" qəzeti yazıb. 
Qarabağda təbii sərvətlərin, xüsusilə də qızıl və mis hasilatı sahəsində böyük layihələrin həyata keçirildiyini, indi isə kömür hasilatına başlandığını yazan qəzet bu sahədə əsas layihələrin "Beytz Metal" şirkəti tərəfindən işləndiyini bildirib. Qəzetin yazdığına görə, Qarabağdakı rejimin büdcə gəlirlərinin əsas hissəsini bu şirkətin vergiləri təşkil edir.
Qəzet həmçinin qeyd edir ki, Qarabağ faktiki olaraq, Ermənistanın yolu ilə gedir. Burada əsas layihələri yüksək vəzifəli şəxslərə məxsus şirkətlər həyata keçirir. Məsələn, Qarabağda deyirlər ki, Kəlbəcərdəki qızıl mədəni Bako Saakyana məxsusdur. Rejim digər sahibkarlara nə maliyyə, nə də siyasi dəstək göstərir.
Qəzet bütün yeraltı sərvətlərin şəxsi firmalar tərəfindən istismar edilməsinin doğru olmadığını qeyd edib: "Qarabağda qızıldan əsas gəliri xüsusi şəxslər alır, yaşayış səviyyəsi aşağı olaraq qalır. Cəmiyyətin şüuru da aşağı olaraq qalır, o, milli sərvətlərdən öz qanuni payını tələb eləmir. Cəmiyyət bilmir ki, bu milli sərvətləri kim idarə edir, kim onlardan gəlir götürür və niyə Kəlbəcərdə qızılın hasilatı açıq üsulla aparılır?"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında