Yunanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən rəsmi Afina ölkəmizlə turizm, alternativ enerji mənbələri, səhiyyə, təhsil, kənd təsərrüfatı, inşaat sahələrində əməkdaşlıqda maraqlıdır.
Bu sözləri Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Antonia Antoniu Afinada səfərdə olan azərbaycanlı jurnalistlərə bildirmişdir.
A.Antoniu vurğulamışdır ki, son illər yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın inkisafına güclü təkan vermişdir.
Keçən il Azərbaycana səfərini xatırladan Yunanıstan parlamentinin üzvü Cənubi Qafqaz regionunun ölkəsi üçün əhəmiyyətini qeyd etmişdir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən mayın 23-də keçirilmiş qondarma "parlament seçkiləri" ilə bağlı Yunanıstanın mövqeyini açıqlayan A.Antoniu ölkəsinin bu proseduru qanunsuz hesab etdiyini vurğulamışdır. Bildirmişdir ki, bu "seçkilər"in keçirilməsi beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin açıq-aşkar pozulması deməkdir. Yunanıstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və bu mövqe dəyişilməzdir.
Rəsmi Afinanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına tərəfdar olduğunu bildirən A.Antoniu demişdir: "Biz qanunun aliliyinin təşviq olunmasında, insan hüquqlarına hörmət bəslənməsində və bütöv regionun əziyyət çəkdiyi münaqişələrin sülh yolu ilə həllində maraqlıyıq".
Yunanıstana səfər çərçivəsində azərbaycanlı jurnalistlər bu ölkənin parlamenti ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, 1836-cı ildə tikilmiş parlamentin binası uzun illər kral ailəsinə məxsus olmuşdur. Hazırda parlamentdə 300 deputat vardır. Onlardan 47-si qadındır. Qanunverici orqana deputatlar 4 il müddətinə seçilir.
Azərbaycan KİV-lərinin nümayəndələri Yunanıstan parlamentinin iclasının gedişini izləmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında